Nida.az
Millət vəkili NATO nümayəndəsindən cavab tələb elədi
Millət vəkili Fazil Mustafa NATO-nun Cənubi Qafqaz bölgəsində ümumi bir nümayəndəliyinin fəaliyyəti göstərməsinə etiraz edib.
Publika.Az-ın verdiyi xəbərə görə, o, "Azərbaycan və NATO əlaqələri Çikaqo sammitindən sonra. Perspektivlər üçün yeni imkanlar" adlı beynəlxalq konfransda qeyd edib ki, Cənubi Qafqazın hər üç ölkəsi müxtəlif standartlara cavab verir.
Fazil Mustafanın fikrincə, Azərbaycan, Gürcüstan və Ermənistanda NATO-nun ayrıca nümayəndəlikləri olmalıdır: "NATO Gürcüstanın işğala məruz qaldığını qəbul edir. Bundan fərqli olaraq Azərbaycanın işğala məruz qalmasına və Ermənistanın işğalçı siyasətinə biganədir. Belə olan halda təşkilatın üç ölkədə bir nümayəndəliyi necə fəaliyyət göstərə bilər?"
Millət vəkili tədbirdə iştirak edən NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Vilyam Lahuenin bu məsələyə münasibət bildirməsini istəyirb.
NATO nümayəndəsi isə deyib ki, bu məsələdə təşkilatın üzvü olan 28 ölkənin razılığı lazımdır:
"Onların bu regionda maraqları eyni deyil. Hər üç ölkə nümayəndəliyin açılması üçün onları razı salmaq lazımdır. Burada həm də maliyyə məsələsi var. 2010-cu ilə kimi heç ümumi nümayəndəlik də fəaliyyət göstərmirdi".
Tədbirin fasiləsində millət vəkili Publika.Az-a açıqlamasında cavabdan razı qalmadığını bildirib: "Hesab edirəm ki, bu bir bəhanədir".
Ömər Əmirov
Publika.Az
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov