Partiya sədri: “Hakimiyyətlə məsafəsi bizim qədər olan qüvvələrə qapımız açıq olacaq“
Bizi izləyin

Nida.az

Partiya sədri: “Hakimiyyətlə məsafəsi bizim qədər olan qüvvələrə qapımız açıq olacaq“

Publika.Az-a bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.


O, bildirib ki, sözügedən partiyalar arasında əməkdaşlıqla bağlı təklifin müəllifi Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov hazırda Türkiyədədir. Əli Əliyev söyləyib ki, dünən o, Yaşıllar Partiyasının sədri Mais Güləliyev ilə birlikdə əməkdaşlıq məsələsini Etimad İsmayılovla internet üzərindən müzakirə edib.

Təklifin arxasında duran konkret məqsədlər barədə geniş məlumat əldə etmək istədiklərini deyən VİP sədri hesab edir ki, bu, kifayət qədər ciddi öyrənilməsi vacib olan məsələdir: “Təkliflə bağlı daxili müzakirələr keçirilib və bundan sonra da keçiriləcək. Ədalət Partiyasının sədri İlyas İsmayılovla da ciddi təmaslarımız olub. Təklif kifayət qədər ciddidir, uzunmüddətli təklif kimi nəzərdə tutulur. Çalışırıq ki, münasibətlər uzunmüddətli olsun”.

Əli Əliyev bildirib ki, əməkdaşlığın formatı hazırda müzakirə mövzusu deyil: “Biz əsasən, niyyətləri, məqsədləri, görüləcək işlərin xarakterini müzakirə edirik”.

Müxalifət partiyalarının yaratdığı bir çox birliyin taleyini VİP, Ədalət və Yaşıllar partiyalarının da yaşama ehtimalına gəlincə, Əli Əliyev bildirib ki, əməkdaşlıq etdiyi tərəflərə həmişə ehtiyatla yanaşır.

VİP sədri qeyd edib ki, müəyyən tələblərə cavab verən qüvvələr üçün yaradılacaq birliyin qapısı açıq olacaq: “Hakimiyyətlə məsafəsi bizim qədər olan, mübarizə vasitələri bizimkilərlə üst-üstə düşən qüvvələr üçün bizim qapımız açıq olacaq”.

Ömər Əmirov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm