“Rusiya ilə Azərbaycan anlaşa biləcək“
Bizi izləyin

Nida.az

“Rusiya ilə Azərbaycan anlaşa biləcək“

Politoloq Elxan Mehdiyev hesab edir ki, Azərbaycanla Rusiya Qəbələ RLS məsələsində anlaşa bilməsə, Rusiyanın ölkəmizə qarşı münasibətləri soyuya, bu da müxtəlif formada təzyiqlərin reallaşması ilə müşahidə oluna bilər.

Rusiyanın MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin ölkəsinin Qəbələ Radiolokasiya Stansiyasından imtina edə biləcəyini deyib.

Konstantin Zatulin Azərbaycanın tələb etdiyi icarə haqqını nəzərdə tutaraq bildirib ki, bu cür şişirdilmiş qiymətlər qəbuledilməzdir: "Azərbaycan tərəfi öz mövqeyində israr edərsə, Rusiya Qəbələ RSL-dən imtina etməyə məcbur olacaq".

Publika.Az-a danışan Elxan Mehdiyevin sözlərinə görə, nə rus, nə də Azərbaycan ictimaiyyəti Qəbələ RLS barədə ciddi informasiyaya sahibdir:

"Danışıqlar da qapalı formada aparılır. Lakin Zatulinin son açıqlaması göstərdi ki, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaşanır.

Hesab edirəm ki, Rusiya ilə Azərbaycan anlaşa biləcək. Bunun əksi baş versə, münasibətlərdə soyuqluq yaranacaq. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, mühacirətdə olan soydaşlarımızın taleyi ilə bağlı müəyyən narahatçılıqların yaranacağı da istisna deyil.

İstənilən halda Azərbaycan hökumətinin bundan nəticə çıxarmasına ciddi ehtiyac var".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm