Nida.az
“Bank VTB” müştərisinin başına belə oyun açıb: Hüquqşünas şok faktlar açıqladı

“Bank VTB (Azərbaycan)”a (Rusiyaya məxsusdur) qarşı müştərisinin adından verdiyim iddia birinci instansiya məhkəməsində təmin olundu. Deməli, 2022-ci ilin fevral ayında müştəri xaricə köçürmə edib. Rusiyanın Ukraynaya hücumu səbəbindən sanksiyalar tətbiq olunduğu üçün vəsait vasitəçi müxbir ABŞ bankı tərəfindən bloklanıb. Nəticədə təyinatı üzrə çatdırılmayıb.
Publika.az xəbər verir ki, baş vermiş hadisəni ictimailəşdirən iddiaçı tərəfin vəkili hüquqşünas Əkrəm Həsənov bildirib ki, indi “Bank VTB” deyir ki, başımıza iş gəlib (fors majordur), təqsirimiz yoxdur:
“Müqayisə üçün: banka krediti olan şəxsin başına iş gəldiyi (müflisləşdiyi) üçün borcunu ödəyə bilməyəndə bank məgər gözləyir? Xeyr! Bəs pulunu banka verib köçürülməsini istəyən müştəri nəyi və niyə gözləməlidir? Bununla belə, müştəri 3 ildir ki, gözləyir. Bankın nümayəndəsi məhkəməyə bəzi sənədlər təqdim etdi ki, görürsüz, bu pulun qaytarılması üçün nə qədər iş görmüşük, amma siz (yəni müştəri) nankorsuz (bankın səviyyəsinə baxın eee: görün müştərisinə göstərdiyi xidmətə görə nə deyir! ümumiyyətlə, bankın nümayəndəsi qanuni arqument tapmadığı üçün daha çox hay-küy salırdı).
Halbuki bu onların işidir, etməlidirlər və pulu qaytarmalıdırlar”.(Tribunainfo.az)

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır