Vəfa Quluzadə: “Azərbaycan təkbaşına İranla mübarizədən qalib çıxa bilməz“
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Azərbaycan təkbaşına İranla mübarizədən qalib çıxa bilməz“

"Azərbaycan NATO-ya üzv olmasa da, özünün təhlükəsizliyi naminə bu təşkilata sıx inteqrasiya etməli idi. Bu, baş vermədiyinə görə, hazırda çətin vəziyyətlə üz-üzə qalıb".

Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə İran-Azərbaycan münasibətlərini şərh edərkən belə deyib.

Politoloqun fikrincə, bu məsələdə ehtiyatlı siyasət uzun sürə bilməz: "Azərbaycan özünün təhlükəsizliyini təmin etmək məqsədilə öncədən düşünməli, Qərbə daha sıx inteqrasiya etməli idi.

Hazırda Azərbaycan iki ideologiyanın təsiri altındadır. İrandan islam, Qərbdən demokratiya ideologiyası. Hesab edirəm ki, Azərbaycan Qərbə sıx inteqrasiya yolu tutmalı, beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə sıx əməkdaşlıq etməlidir.

Əks halda Azərbaycan İranın hücumlarına tab gətirə bilməz. Yalnız NATO və Qərbin dəstəyilə İrandan gözlənilən hücumların qarşısı alına bilər".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm