Nida.az
Leyla Əliyeva: “Qərbdə müxalifətə irad tuturlar ki...”
Bu günlərdə Londonda yerləşən Xarici Siyasət Mərkəzinin Azərbaycana həsr olunan hesabatının Böyük Britaniya parlamentindəki təqdimat mərasimində iştirak etmiş Leyla Əliyeva Qərb dairələrinin Azərbaycan müxalifətinə münasibəti barədə Publika.Az-a açıqlama verib.
Politoloqun sözlərinə görə, Qərb siyasi mərkəzləri Azərbaycan müxalifətində dinamikanın, partiyalar daxilində demokratiyanın, daimi seçkilərin və yeniliklərin olmasını istəyir: “Onlar bu halların yoxluğunu müxalifətə irad tuturlar”.
Leyla Əliyeva qeyd edib ki, Türkiyədə olduğu kimi Azərbaycanda da partiya liderləri uzun illər öz postlarını kimsəyə güzəştə getmirlər: “Xaricdən müxalifətə baxış bu cürdür. Onlar istəyirlər ki, müxalifətdə heç olmasa siyasi dinamikanın göstəriciləri olsun”.
Bəs Qərb Azərbaycan müxalifətində kimləri yeni sima və partiya lideri kimi görmək istərdi?
Leyla Əliyeva deyir ki, o, Qərbin Azərbaycanda yeni partiya yaranması istəyini eşitməyib: “Şəxsən mən hesab edirəm ki, ənənəvi müxalifət yeni partiyaların yaranmasını, təzə qüvvələrin meydana çıxmasını istəmirsə, bütün təbəqələri, gəncləri, orta nəslin nümayəndələrini, o cümlədən xidmət sektorunda çalışanları öz sıralarına cəlb etməlidir. Bunun üçün partiyaların içində dinamika hiss olunması lazımdır”.
Qərbin ənənəvi müxalifətə dəstək verməməsi səbəblərini sıralayarkən Leyla Əliyeva deyib: “Birincisi, Azərbaycana böyük miqdarda investisiya yatıran Qərb ölkələri ümumiyyətlə burada siyasi dəyişikliklərdə və müxalifətin hakimiyyətə gəlməsində maraqlı olmaya bilər. Yəni, status-kvo onları qane edir. Ona görə də fürsət tapan kimi müxalifətin hakimiyyətə gələ bilməməsinin səbəbini onların özündə görürlər və sair.
İkincisi, Qərb ölkələrinin bəziləri Azərbaycana, Azərbaycanda gedən proseslərə sırf öz ölkələrində gedən proseslər nöqteyi-nəzərindən yanaşırlar. Ola bilər ki, Azərbaycan şəraitində onların reseptləri uyğun gəlməsin. Qərbdə 5 il, 10 il bundan qabaq deyirdilər ki, sizdə birlik yoxdur, indi isə deyirlər partiyaların içində inkişaf, dinamika yoxdur”.
Səxavət
Publika.Az
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia