Azərbaycandakı nümayəndə Şimali Kiprin adının dəyişdirilməsindən danışdı
Bizi izləyin

Nida.az

Azərbaycandakı nümayəndə Şimali Kiprin adının dəyişdirilməsindən danışdı

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ölkəsinin adının dəyişdiriləcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib.


Zəki Qazioğlu Publika.Az-a açıqlamasında bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını, rəsmi səviyyədə belə bir qərarın qəbul edilmədiyini deyib:

“Bu, yalnız jurnalistlərin təxəyyülünün məhsuludur. Rəsmi səviyyədə nə belə bir qərar qəbul edilib, nə də açıqlama verilib”.

Belə olan təqdirdə bu xəbərin haradan qaynaqlanmağına gəldikdə Z.Qazioğlu deyib ki, Kıbrısın rum kəsimi ilə danışıqlarda bir nəticə əldə edilmədikcə, bu cür təxminlər irəli sürülür:

“Bunu yazanlar nəticə əldə etmək üçün başqa addımlar atmaq ehtiyacını deyirlər. O cümlədən bu addımlardan biri kimi də dövlətin adının dəyişdirilməsi fikrini irəli sürürlər. Amma qətiyyən belə bir rəsmi qərar və açıqlama yoxdur”.

Xatırladaq ki, Türkiyənin “Milliyet” qəzeti Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Nazirlər Kabinetində ölkənin bundan sonra Kıbrıs Türk Cümhuriyyəti adlandırılması barədə mayın 23-də qərar qəbul olunduğunu yazıb. Məlumatda bildirilib ki, vətəndaşalara veriləcək xarici pasportlarda ölkənin adı qısaca olaraq CTR yazılacaq.

Səxavət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm