İctimai Palata bulvarda dinc aksiya keçirir
Bizi izləyin

Nida.az

İctimai Palata bulvarda dinc aksiya keçirir

İctimai Palatanın üzvləri bu dəqiqələrdə Dənizkənarı Milli Parkda dinc aksiya keçirir. Bu barədə Publika.Az-a aksiyanın keçirildiyi Saat Qülləsinin yaxınlığında olan Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, İctimai Palata üzvləri hazırda əraziyə toplaşır və polis və mülki geyimlilər aksiyanın qarşısını almağa çalışır:

“Aksiyada heç bir şüar səsləndirilməyəcək, plakat qaldırılmayacaq. “Xalq gəzintisi” formasında nəzərdə tutulan aksiya dinc gəzişmədən, çay içməkdən, dondurma yeməkdən, şəkil çəkdirməkdən və digər bu kimi tədbirlərdən ibarət olacaq”.

Aksiyada İctimai Palataya daxil olan partiyaların liderlərinin iştirak edib-etməyəcəyinə gəldikdə isə Gülağa Aslanlı birmənalı cavab verməyib:

“Hər kəs iştirak etməkdə sərbəstdir”.

İctimai Platanın Koordinasiya Şurasının iclasında mayın 25-də, saat 18-dən 19-dək Dənizkənarı Milli Parkda aksiya keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm