Nida.az
İqtisadi İnkişaf Nazirliyi təkzib edir
“İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin plastik ödəmə kartları ilə ödəniş aparılması haqqında reklam-çarxı sırf maarifləndirmə xarakteri daşıyır”.
Publika.Az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nazirliyin sahibkarla təzyiq göstərməsi haqqında səslənən fikirlərə münasibət bildirərkən belə deyib.
Nazirlik rəsmisi İqtisadi İnkişaf Nazirliyinin sahibkarlara təzyiqlər etməsi haqqında informasiyaları şayiə adlandırıb:
“İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin işi insan həyatı üçün təhlükəli sayılacaq məhsulları bazardan çıxarmaq, bu istiqamətdə tədbirlər həyata keçirmək və əhali arasında maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Kimsə qurumun bununla bağlı fəaliyyətində neqativ hallar axtarırsa, bu onun öz işidir. Biz öz borcumuzu yerinə yetiririk və əhalinin maarifləndirilməsi ilə məşğuluq”.
Bəzi şirkətlərin saxta məhsullar istehsal etdiyini, bu səbəbdən əhaliyə müraciətində həmin məhsullardan istifadə edilməməsini tövsiyə edən nazirliyin bu açıqlamasından sonra da həmin məhsulları istehsal edən şirkətlərin arxayın fəaliyyətlərini davam etdirməsinə toxunan nazirlik rəsmisi deyib ki, bu həmin dövrə aid açıqlama olub:
“Biz o dövr üçün bəzi şirkətlərin saxta məhsul istehsal edərək, istehlakçıların hüquqlarını pozduğunu aşkara çıxarmış və bunu ictimaiyyətə elan etmişdik. Hazırda isə həmin şirkətlər fəaliyyətlərində yeniliklər etdiyindən və saxta məhsul istehsalını dayandırdığından onların fəaliyyətinə hər hansı maneçilik yaradılmır”.
Azər Niftiyev
Publika.Az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO