XİN Fransadakı səfirliyimizə təlimat verib
Bizi izləyin

Nida.az

XİN Fransadakı səfirliyimizə təlimat verib

Xarici İşlər Nazirliyi Fransa Senatının üzvlərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi barədə məlumatları araşdırmaq üçün Azərbaycanın Fransadakı səfirliyinə təlimat verilib. Bu barədə Publika.Az-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.


“Parisdəki səfirliyimiz məsələni araşdıracaq və bu barədə mərkəzə məlumat verəcək. Xəbər həqiqətəuyğun olacağı təqdirdə biz öz mövqeyimizi açıqlayacaq və müvafiq addımlar atacağıq” deyən E.Abdullayev əlavə edib ki, təlimatın verilməsində məqsəd Ermənistan və ermənilərə simpatiyası olan mətbu orqanların yaydığı məlumatın yalan olub-olmadığını öyrənməkdir.

Xatırladaq ki, “Regnum” agentliyi bir neçə Fransa parlamentarisinin Dağlıq Qarabağa səfər etməsi barədə məlumat yayıb. Məlumatda Senat üzvlərini “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanın qəbul etdiyi, fransalı senatorlarla əməkdaşlıq istiqamətdə konkret proqramların həyata keçirilməsinin əhəmiyyətindən danışıldığı bildirilib.

Səxavət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm