Dörd nəfər aclıq aksiyasını dayandırdı, Pənah Hüseyn isə başladı
Bizi izləyin

Nida.az

Dörd nəfər aclıq aksiyasını dayandırdı, Pənah Hüseyn isə başladı

Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən 2 aprel məhbusu Tural Abbaslının anası Başxanım Abbaslı, Müsavat Partiyası Ağdam təşkilatının sədr əvəzi Haqverdi Haqverdili, keçmiş 2 aprel məhbusu Elşən Həsənov və 2 aprel məhbusu Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli aclıq aksiyasını bu səhər dayandırıb.

Müsavat başqanının müavini Tofiq Yaqublu Publika.Az-a bildirib ki, mayın 19-da aksiyaya yeni insanlar qoşulub. AXCP üzvləri Şəkər İsgəndərli və Nüşabə Qafarlı, eləcə də sabiq millət vəkili Pənah Hüseyn aclığa başlayıblar.

Dünən isə Müsavat Partiyasının üzvləri Əli Həsənov və Bəxtiyar Tarıyev aksiyaya qoşulub.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm