Razi Nurullayev: “Mətbuat Mərkəzi mayın sonuna kimi fəaliyyət göstərəcək”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Mətbuat Mərkəzi mayın sonuna kimi fəaliyyət göstərəcək”

İctimai Palatanın yaratdığı Mətbuat Mərkəzinin koordinatoru Razi Nurullayev Publika.Az-a açıqlama verib. O bildirib ki, “Eurovision-2012” müsabiqəsi zamanı Bakıya gələcək xarici jurnalistləri məlumatlandırmaq məqsədilə İctimai Palatanın yaratdığı Mətbuat Mərkəzi siyasi mərkəz də adlandırıla bilər.

Razi Nurillayevin sözlərinə görə, Mətbuat Mərkəzi yalnız siyasi məzmunlu çıxışların edilməsi, cəmiyyət qarşısında duran problemlərin diqqətə çatdırılması, bəyanatların yayılması ilə məşğul olacaq.

Xarici jurnalistlər üçün nəzərdə tutulmasına baxmayaraq mayın 17-də keçirilən təqdimat mərasimində yalnız yerli jurnalistlərin iştirak edib. Razi Nurullayev deyib ki, mərasimə xarici jurnalistlər dəvət edilməyib: “Ən azı mən bu barədə məlumatsızam”.

Razi Nurullayev mərkəzin mayın sonunadək fəaliyyət göstərəcəyini deyib.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm