Azərbaycanlı millət vəkili Türkiyə mətbuatına müraciət etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı millət vəkili Türkiyə mətbuatına müraciət etdi

Deputat Qənirə Paşayeva TÜRKSAM-da Şuşa ilə bağlı keçirilən konfransda çıxış edib. Publika.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın ideya müəllifi və baş məsləhətçisi olduğu “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKSAM-ın prezidenti Sinan Oğan Ermənistanın 20 il əvvəl Azərbaycanın qədim Şuşa şəhərini işğal etməsi barədə geniş məlumatlar verib. O, bildirib ki: “Beynəlxalq aləm bir millətin tarixinin yox edilməsinə, məscidlərin axur olaraq istifadə edilməsinə reaksiya vermir. Bu bir ikili standartdan başqa bir şey deyil”. Sinan Oğan beynəlxalq aləmi Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına baxmağa və ermənilərə geri çəkilmələri üçün təzyiq etməyə çağırıb.

Q.Paşayeva çıxışında vurğulayıb ki, Dağlıq Qarabağ və Şuşanın işğalı təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının problemidir. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Türk mətbuatına da müraciət edən deputat Azərbaycanın qədim şəhəri olan Şuşada və ümumiyyətlə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılmasında birlikdə daha fəal işləməyin zəruriliyini vurğulayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm