Nida.az
Bu dəfə mitinqə görə... AXCP-Müsavat – QARŞIDURMA
AXCP-Müsavat arasında növbəti qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, qarşıdurmanın budəfəki
səbəbi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə
cəbhəçilərin münasibətləri olub.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində Müsavatın mitinqini “uğursuz” adlandırıb. O, mitinqə az sayda adamın qatıldığını iddia edərək, bunu partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi ilə izah edib: “Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utandığına görədirsə, utanmağına dəyməz, çünki hər kəs “adamsızlığı” gördü”.
Müsavatı 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmağa çağıran Fuad Qəhrəmanlı “bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir” deyə qeyd edib.
“Demək “bunu etməyin”, “Milli Şuranı tərk etməyin” deyəndə biz
haqlıydıq. Zamanında dediklərimiz sizə qarşı qərəzli olmağımızla
bağlı deyildi, qərəzli olsaydıq sizi uğursuzluğa götürən bu yoldan
saxlamağa çalışmazdıq, yanlışlarınızı deməzdik. Bu bir dərs oldu.
Lakin yenə də düşünün, bu dəfə biz susuruq, cəmiyyətin sizə verdiyi
45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın”, - deyə o
bildirib.
AXCP rəsmisinin bu sözləri müsavatçıların qəzəbinə tuş gəlib.
Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında
AXCP-ni hakimiyyətə işləməkdə ittiham edib. Onun sözlərinə görə,
Fuad Qəhrəmanlı da, Müsavatın insan haqları ilə bağlı keçirdiyi
mitinqi lağa qoyan digərləri də iqtidarın dediyi ilə
oturub-duranlardır: “Milli Şura, əslində AXCP-nin keçirdiyi
mitinqlərdən sonra heç bir müsavatçı bir cümlə də olsun bu barədə
neqativ fikir söyləmədi. Əksinə mitinqə iştirak etdik. İndi bu
nifrətin, aşağılamağın adı nədir? Bu cür yanaşmaq sadəcə ayıbdır.
Lakin cəbhəçilər ən yüksək səviyyədə səviyyəsiz formada Müsavata
qarşı kampaniya aparır. Bunu qeyri-etik hesab edirik. Əslində
Müsavatın mitinqində AXCP-nin keçirdiyi mitinqdən az adam iştirak
etmədi. Ümumilikdə isə əsas olan məqsəddir. Məqsəd insan haqlarıdır
və bu iqtidara qarşı idi. Hər iki tərəfin mitinqində də
aşağı-yuxarı eyni insanlar iştirak edirdi. Bəziləri isə
daxillərindəki nifrəti püskürür, özlərini də ifşa edirlər. AXCP
rəhbərliyi bunu lağa qoymaqla iqtidarın xəttini müdafiə etdiyini
nümayiş etdirir”.
E. Fəttah mübarizəni müxalifətdaxilində aparmaq niyyətində
olmadıqlarının bildirib. Onun sözlərinə görə, AXCP-nin bu
davranışları yanlışdır və bundan çəkinmək lazımdır.
Müsavat başqanının digər müavini Gülağa Aslanlı isə
Publika.az-a qısa açıqlamasında AXCP-nin Müsavatın
mitinqinin təsirini azaltmaq məqsədi daşıdığını bildirib.
“Mitinqin təsirini azaltmaq məqsədilə aparılan anti-təbliğat
hakimiyyətin maraqlarına uyğundur. Çünki Müsavatın mitinqi
Azərbaycanda siyasi məhbusların azadlığı tələbi ilə keçirilib və
bu, hakimiyyətin əleyhinə olan bir tədbir idi. Hesab edirəm ki,
Müsavatın mitinqi baş tutdu”, - deyə o bildirib.
Asif Nərimanlı
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO