Nazir: “Aqrar sahənin beynəlxalq maliyyə qurumlarına ehtiyacı var“
Bizi izləyin

Nida.az

Nazir: “Aqrar sahənin beynəlxalq maliyyə qurumlarına ehtiyacı var“

Aprelin 26-da kənd təsərrüfatı naziri İsmət Abasov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.Az-ın məlumatına görə, görüşün məqsədi Aİ-nın Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı”nın icrasının müzakirəsi olub.

Nazir İsmət Abasov Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox ciddi addımlar atdığını və Aİ-nın ölkəmizə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində həmişə öz dəstəyini göstərdiyini diqqətə çatdırıb. O, Bakıda keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında Aİ-nın nümayəndələrinin iştirakını yüksək dəyərləndirib.

İsmət Abasov nümayəndə heyətinə aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, ölkəmizdə ümumi daxili məhsulun 2 dəfə artırılması qarşımıza məqsəd kimi qoyulub: "Bu da əsasən qeyri-neft sektorunun payına düşür. Bu məqsədlə kompleks işlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu işlərin həyata keçirilməsinə başlanılıb. Aqrar sahənin inkişafına dəstək məqsədilə beynəlxalq maliyyə qurumlarının köməyinə ehtiyac duyulur. Bu məqsədlə Aİ tərəfindən tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.

Səfir Roland Kobia Proqramın qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm