
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvlərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Publika.Az xəbər verir ki, sərəncamla şuraya aşağıdakı şəxslər üzv təyin olunublar:
Dövlət orqanlarından
Süleymanov Tahir Veys oğlu –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini;
Məmmədov İlqar Kamil oğlu -
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Məcidli Vüqar Sabir oğlu -
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini
Qeyri-hökumət təşkilatlarından
Quliyev Azay Əjdər oğlu -
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi
Məmmədov Sahib Məlik oğlu -
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Mirzəzadə Rəna Rza qızı -
Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
Qədirov Vüqar Kərim oğlu -
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Vəliyeva Dilarə Hətəm qızı -
"Mülk" İctimai Assosiasiyasının prezidenti
İsmayılov Şahin Əmir oğlu -
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Hüseynova Gülnarə Alxas qızı -
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
Nuriyev Əliməmməd Mali oğlu -
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
Sərəncamın digər bəndi ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" 2008-ci il 16 aprel tarixli sərəncam ləğv edilib.
"Mediaforum" saytının məlumatına görə, dövlət başçısı şuraya 2008-ci ildə təyin etdiyi üzvlərdən yalnız birini dəyişib. Deputat Ceyhun Osmanlının yerinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov təyin olunub.
Ceyhun Osmanlı QHT-lərə Dövlət Dəstəyi Şurasına "İrəli" İctimai Birliyinin sədri kimi təyin edilmişdi. O, "İrəli"nin sədri postundan bu yaxınlarda istefa verib.
Publika.Az