Qənirə Paşayeva İstanbulda Qarabağdan danışdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva İstanbulda Qarabağdan danışdı

Millət vəkili Qənirə Paşayeva İstanbulun ən böyük bələdiyyələrindən olan Bağçılar bələdiyyəsində Qarabağ problemi ilə bağlı çıxış edib.

Publika.Az-ın məlumatına görə, Q.Paşayeva İstanbulun Bağcılar rayon bələdiyyəsinin qadın sənət və mədəniyyət mərkəzində Bağcılar bələdiyyəsinin rəhbərliyi, işçiləri və qadın sənət və mədəniyyət mərkəzinin müdavimləri və ictimaiyyət nümayəndələri qarşısında çıxış edib.

Tədbirdə Azərbaycanın İstanbuldakı konsulu Ceyhun Məmmədov da iştirak edib.

Millət vəkili gəncliyi İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" və Azərbaycanın milli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib:

"20 ildən bəridir ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistanın işğalı altındadır. Həmin dövrlərdə Türkiyədən başqa heç bir müsəlman ölkəsi bizə lazımi dəstək vermədi. Hətta özlərinə müsəlman deyən bəzi ölkələr torpaqlarımızı işğal edən Ermənistana dəstək verdi, əlaqələr, əməkdaşlıq qurdu. Ona görə də Azərbaycan və Türkiyə ölkələrimizin vətəndaşları, bir millətin nümayəndələri olaraq bizlər həm ölkələrimiz həm də türk dünyası arasında əməkdaşlığın genişlənməsi, dayanışmanın artması üçün var gücümüzlə çalışmalıyıq. Unutmamalıyıq ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaqdır".

Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu qeyd edən millət vəkili bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının, Akif Aşırlı ilə müştərək müəllifi olduğu "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım", Azər Turanla ortaq hazırlanan "Əli bəy Hüseynzadə" kitabının təqdimatı da keçirilib. Hər 3 kitab Türkiyə türkcəsində çap olunub.

Murad Əhməd

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm