Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gedir - Özəl
Bizi izləyin

Nida.az

Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gedir - Özəl

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov mediada haqqında araşdırma materialın dərc olunmasına münasibət bildirib.

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov mediada haqqında araşdırma materialın dərc olunmasına münasibət bildirib.

Deputat oğlu A.Məmmədov Publika.Az-a açıqlamasında deyib ki, insanların şəxsi həyatına müdaxilə etmək, onu ictimailəşdirmək yaxşı hərəkət deyil. Onun sözlərinə görə, bu, normal jurnalist etikasına da ziddir: “Həmin fotolarda mənim şəxsi həyatım əks olunub. O fotoların əksəriyyəti heç mənə aid deyil. Sosial şəbəkələrdən mənim kimi milyonlarla insan istifadə edir və öz fotolarını paylaşırlar. Mənim “İnstagram”da fəaliyyətimlə bağlı atamın və ya əmimin adının hallandırılması doğru deyil. Haqqımda yazılanların da heç bir əsası yoxdur. Buna görə mənim qarşı tərəfi məhkəməyə vermək və haqqımda yazılan yalan məlumatlara qanunla cavab verilməsini istəmək haqqım var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm