Nida.az
Ramil Səfərovdan xəbər var - Açıqlama
“Ramil Səfərovun durumundan hər hansı şikayəti yoxdur”. Bunu Publika.Az-a açıqlamasında Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərov deyib.
Ramil Səfərov 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərinə 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış, fevral ayının 19-da kurslarda iştirak edən Qurgen Markaryanın təhqirlərinə cavab olaraq onu qətlə yetirib.
Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə Ramil Səfərovu ömürlük azadlıqdan məhrum edib.
Zabitin atası Publika.Az-a bildirib ki, Ramil Səfərovla həftədə bir dəfə telefon bağlantısı yaradırlar: “Oğlumun öz vəziyyətindən hər hansı şikayəti yoxdur. Avropanın mərkəzində həbsxanada digər dustaqlar özünü necə hiss edirlərsə, o da elə hiss edir. Həftədə bir dəfə ya o, zəng edir, ya da biz.
Ramil uşaqlıqdan zəhmətə alışqan olub. Bekar qalmağı heç vaxt sevməyib. Hazırda məhbəsdə macar dilindən ana dilimizə əsərlərin tərcüməsi ilə məşğuldur. İndiyə qədər bir neçə tərcümə kitabı işıq üzü görüb”.
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparıldığını deyən Sahib Səfərovun sözlərinə görə, bu istiqamətdə konkret nəticə yoxdur. Amma onlar ümidlərini itirməyiblər: “Ramil həbsdə olduğu müddətdə anası vəfat etdi. Mənim də ən böyük arzum oğlumu azadlıqda görməkdir. Həm mən, həm Ramilin qohumları, həm də Ramilin özü ümidimizi itirməmişik”.
Azər Niftiyev
Publika.Az
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı