“Mitinqlər uzunmüddətli olmayacaq” - Mövqe
Bizi izləyin

Nida.az

“Mitinqlər uzunmüddətli olmayacaq” - Mövqe

“Son mitinq bir daha göstərdi ki, İctimai Palatada təmsil olunan müxalifət kəsimi mahiyyət etibarilə dəyişməyib”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə İctimai Palatanın 8 aprel mitinqini şərh edərkən bildirib.

İctimai Palatnın aprel 8-də Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin həyətində baş tutan kütləvi aksiya ətrafında müzakirələr davam edir. Mitinq təşkilatçıları aksiyanın uğurlu keçdiyini söyləsə də, əks qənaətdə olanlar da var.

İctimai Palata isə artıq növbəti mitinqin vaxtını elan edib. Quruma daxil olan partiya və təşkilatlar aprelin 22-də yenidən mitinq keçirmək qərarındadırlar.

ASDP həmsədri hesab edir ki, İctimai Palatanın mitinq eyforiyası uzunmüddətli olmayacaq: “Son mitinq bir daha göstərdi ki, ənənəvi müxalifət liderləri irəliyə yox, geriyə gedirlər. Onların hər dəfə keçirdiyi mitinq həm keyfiyyət, həm kəmiyyət, həm də hadisələrə yanaşma baxımından geriyə doğru addımdır. Bu dəfə də biz bunu müşahidə etdik. Yəqin ki, onlar bundan sonra hələ bir neçə dəfə mitinq qərarı verəcək və qərarda bir neçə dəfə israr edəcəklər.

Amma proseslərin özlərinin əleyhinə işlədiyinin fərqinə varanda, güman ki, geri çəkiləcəklər. Böyük ehtimalla yayın gəlişini bəhanə gətirib, mitinq fasiləsinə çıxacaqlar. Bundan sonra payız, qış fəsilləri ilə manipulyasiya edib, yenidən küncə çəkiləcəklər”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm