Mübariz Qurbanlıdan mitinqlə bağlı iradlar - MÜNASİBƏT
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlıdan mitinqlə bağlı iradlar - MÜNASİBƏT

“Tam səmimi deyirəm, müxalifətin mitinqində maksimum 1000 adam iştirak edirdi”. Bunu Publika.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın 8 aprel mitinqini şərh edərkən belə deyib.

Aprelin 8-də İctimai Palataya daxil olan siyasi partiya və təşkilatlar Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin həyətində mitinq keçiriblər. İctimai Palata funksionerləri aksiyada 5000 adamın iştirak etdiyini desə də, Bakı Şəhər Polis İdarəsinin yaydığı rəsmi açıqlamada aksiyaya 1200 insanın qatıldığı bildirilib.

Mübariz Qurbanlı deyib ki, o, aksiyanı həmkarı Səyavuş Novruzovla birgə müşahidə edib: “YAP funksionerləri olaraq mən və Səyavuş Novruzov aksiyanı canlı müşahidə etdik. Aksiyada jurnalistlər, müşahidəçilərlə bir yerdə maksimum 1000 adam iştirak edirdi.

Özü də bu dəfə də müxalifət tədbiri idarə etməkdə çətinlik çəkirdi. Elə başıpozuq mühit hökm sürürdü ki, müxalifətin hansı səriştə sahibi olduğu açıq-aydın ortaya çıxırdı. Bütün bunlardan sonra bir daha o qənaətə gəlmək olar ki, müxalifətin gücü ilə iddiaları bir-birini tamamlamır”.

YAP təmsilçisi hesab edir ki, müxalifətin mitinq cəhdləri heç bir perspektiv vəd eləmir.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm