Nida.az
Başqa məmurlar niyə getmir? - Açıqlama
"Ramil Usubovun cənub rayonlarına səfəri çərçivəsində əhali ilə canlı təmaslar yaratması digər məmurlar üçün də örnək ola bilər”. Bunu Publika.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib.
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkənin cənub bölgəsinə səfər edib. Nazir səfər zamanı yeni tikilən Lənkəran Şəhər Polis şöbəsinin inzibati binasına baxış keçirib, həmçinin cənub bölgəsinə daxil olan rayonlar - Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkərandan olan bir qrup sakinlə görüş keçirərək, onların şikayətlərini dinləyib.
ADİP sədri hesab edir ki, Azərbaycanda məmurlarla vətəndaşların arasında bir uçurum var və əksər vəzifə sahibləri əhali ilə canlı təmaslardan yayınır: “Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının pozulması, onların get-gələ, süründürməçiliyə salınması haqqında dəfələrlə yazılmasına, məsələnin ictimailəşməsinə baxmayaraq, indiyə qədər hər hansı məmurun bununla bağlı açıqlama verməsinin, sakinlərin önünə çıxaraq mövqe bildirməsinin şahidi olmamışıq.
Sanki bu gün Azərbaycanda əksər məmurlar öz fəaliyyətini qapalı formada həyata keçirməyə çalışır, əhali ilə təmaslardan çəkinir. Hesab edirəm ki, Ramil Usubovun cənub rayonlarına səfəri çərçivəsində əyalət sakinlərini qəbul edib, onların problemlərini diqqət mərkəzinə gətirməsi bu streotipləri qıracaq. Hər halda bütün məmurlar, nazirlər, icra başçıları bu addımdan müsbət mənada nümunə götürməlidirlər”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də oxşar mövqedədir: “Dövlət qulluqçusu deyilən bir anlayış var. Vəzifə sahibləri dövlət qulluqçularıdır. Vətəndaşların problemlərini nəzərə almaq onların borcudur. Təəssüf ki, bir çox hallarda bunun əksini müşahidə edirik. Şəxsən mən təklif edirəm ki, ayrı-ayrı sahələr üzrə ekspertlərin iştirakı ilə hər nazirlikdə, icra strukturlarında əhali ilə ayın müəyyən günlərində təmaslar yaradılsın. Ramil Usubovun son addımı bu əsnada təqdir oluna bilər. Digər məmurlar da ondan ibrət götürsələr, pis olmazdı”.
Azər Niftiyev,
Publika.Az
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO