Asim Mollazadə: “Bizə təcili sülh lazımdı!”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Bizə təcili sülh lazımdı!”

"ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllində doğrudan da maraqlıdırsa, snayperlərin təmas xəttindən çəkilməsi yox, daha konkret tələblə çıxış etməlidir".


Bunu Publika.Az-a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ dövlət katibi Hillari Klintonun snayperlərin təmas xəttindən geri çəkilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

"Biz çox istəyirik ki, bu prosesdə xanım Klintonun və ümumilikdə ABŞ-ın fəallığı artsın. Bizə təcili sülh lazımdır. Söhbət hansısa ərazidə snayperlərin çəkilməsindən deyil, Azərbaycanın işğal olunmuş əraizlərindən Ermənistan qoşunlarının çıxarılmasından getməlidir. Burada tələb BMT-nin və bir sıra beynəlxalq təşkilatların Qarabağın işğalı faktı ilə bağlı sənədlərin icrasından ibarət olmalıdır".

O qeyd edib ki, əgər tərəfləri müharibədən uzaq tutmaq məqsədi güdülürsə, ilk növbədə Ermənistan tərəfinin hərəkətlərinə diqqət yönəltmək lazımdır:

"Yaxşı olardı ki, Hillari Klinton üzünü Ermənistana tutsun. Təmas xəttində nə qədər günahsız insanımız həlak olub, onlar Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq dinc sakinləri atəşə tutması faktdır və bunda da yalnız snayperlərin rolu olmayıb. Ümumiyyətlə, Ermənistan qoşunlarının geri çəkilməsi lazımdır. Amma qarşı tərəf imitasiya siyasəti yeridir və danışıqlarla bağlı bütün prosesləri dondurmaq üzrədir".

Hillari Klinton erməniyönlü konqresmen Hovard Bermanın yazılı sorğusuna cavab olaraq bildirib:

""Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq".

Hillari Klinton qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir.

O həmçinin bildirib ki, tərəflər proqnozlaşdırılmayan nəticələrdən qaçmaq üçün verdiyi bəyanatlarda diqqətli olmalıdır: “Bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər".



Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm