“Biz İctimai Palataya qoşulmayacağıq...“
Bizi izləyin

Nida.az

“Biz İctimai Palataya qoşulmayacağıq...“

"Qrup və fərdi maraqlar ictimai maraqlara söykənmirsə, demokratiyaya xidmət edə bilməz". Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətdaxili prosesləri şərh edərkən bildirib.


ADP sədri əlavə edib ki, siyasi partiyalar ölkədə və dünyada gedən hadisələri nəzərə alaraq müttəfiqlik siyasətinə yenidən baxmağa məcbur olurlar: "Bizim lider qəbul elədiyimiz Məmməd Əmin Rəsulzadə üç dəfə partiya dəyişib. Hesab edirəm ki, mövqe dəyişikliyi siyasətin təbiəti ilə bağlı olan bir şeydir. Buna normal yanaşıram".

Sərdar Cəlaloğlu AMİP-in vaxtilə İctimai Palatanı tərk etməsinə münasibət bildirərkən deyib ki, o zaman İctimai Palatadan kənarda fəaliyyət verişli idi, indi isə yenidən quruma qoşulmaq: "Amma unutmaq olmaz ki, qrup maraqları ictimai maraqları üstələyirsə, bu artıq demokratik addım sayıla bilməz. Əlbəttə, AMİP əsaslandırmalıdır ki, hansı səbəbdən yenidən mövqeyini dəyişir. Yoxsa şübhələr özünə əsas tapacaq".

Konkret olaraq rəhbərlik etdiyi partiyanın İctimai Palataya qoşulmaq perspektivlərinə toxunan ADP sədri belə bir niyyətdə olmadığını söyləyib: "İctimai Palatada təmsil olunan partiya liderləri ilə dəfələrlə müzakirələr aparmışıq. Onlarla təmaslarımızdan gəldiyim yekdil qənaət ondan ibarətdir ki, həmin liderlərin hadisələrə siyasi baxışı yanlışdır. Hesab edirəm ki, İctimai Palatanın rəhbərliyində təmsil olunan partiya liderləri ciddi uğurlar əldə edə bilməyəcəklər".

Azər Niftiyev
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm