Nida.az
“Əli Həsənovla görüşə başqa partiya sədrləri dəvətli deyil“
"Ümid" Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova görüşə dəvət məktubu göndərib.
Bu barədə Publika.Az-a "Ümid" Partiyasının sədri İqbal Ağazadə
bildirib.
Əli Həsənovun mətbuatda müxalifətlə dialoqa və müzakirələrə hazır
olduğunu dediyini xatırladan İqbal Ağazadə qeyd edib ki, onu
aprelin 5-də, saat 12:00-da "Ümid"in qərargahında görüşə dəvət
edib:
"Biz Əli Həsənovun bu təklifini dəyərləndirərək, onu görüşə dəvət
etdik. Bu görüşdə məqsədimiz partiya rəhbərliyi və üzvlərini
narahat edən məsələləri müzakirə etməkdir. Danışılası bir sıra
məsələlər var. Ümid edirik ki, bu görüş baş tutacaq və hakimiyyətlə
müxalifət arasında dialoq üçün müsbət addım olacaq".
Partiya sədri söyləyib ki, bu görüşə başqa partiya sədrləri dəvət
olunmayacaq:
"Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun iştirakına da
çalışacağam, lakin digərlərini xüsusi dəvət etməyəcəyik. Biz görüşə
"Ümid" partiyası olaraq təşəbbüs göstərmişik. Lakin bu görüş açıq
olacaq və digər siyasilər də qatıla bilərlər".
İqbal Ağazadə müzakirəyə çıxarılacaq məsələlər barədə məlumat
verməyib:
"Bu barədə danışmaq istəməzdim. Hər halda, görüş baş tutsa,
ictimaiyyətə ətraflı məlumat veriləcək".
Rüfət Əhmədzadə
Publika.Az
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır