İran Azərbaycanda diplomatların sayını niyə artırır? - Şərh
Bizi izləyin

Nida.az

İran Azərbaycanda diplomatların sayını niyə artırır? - Şərh

"Azərbaycandakı İran diplomatlarının sayının çox olması və davamlı şəkildə artırılması maraq və müstəqilliyimizin Tehranda doğurduğu narahatlıqla bağlıdır".


Bu fikri Publika.Az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib:

"Azərbaycan İran üçün önəmli bir ölkədir. İranın əhalisinin mühüm hissəsi azərbaycanlılardan ibarətdir və onların milli-mədəni hüquqları belə lazımi şəkildə təmin olunmur, muxtariyyət yoxdur. İran Azərbaycan Respublikasının müstəqilliyinin ilk günlərindən dövlətimizə maraq göstərir. Bu da çox təbiidir. Amma təəssüf ki, həmin maraqlar pozitiv mənada deyil".

O qeyd edib ki, Azərbaycanın Qərblə enerji, təhlükəsizlik və siyasi-iqtisadi sahələrdəki əməkdaşlığı da İranı narahat etməyə bilməz.

Buna görə də, İran var gücü ilə Azərbaycana təsirini artırmaq və ümumilikdə regiondakı imkanlarını genişləndirmək məqsədi güdür:

"Məncə, burada təkcə diplomatların sayından söhbət getməməlidir. Bizim mərkəzdə olan məlumata görə, Azərbaycanda 30-a yaxın İran təşkilatı qeydiyyatdadır və böyük əksəriyyəti müstəqil və qeyri-hökumət təşkilatı olan bu qurumlar İranın siyasətinə xidmət göstərir, onun maraqlarını təbliğ və müdafiə edir. Diplomat sayı o qədər də önəmli deyil. Diplomat daha çox diqqət mərkəzində olan şəxsdir".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm