“Şəhər meriyasından bizə qarşı yumşalma var“ - AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Şəhər meriyasından bizə qarşı yumşalma var“ - AÇIQLAMA

Müsavat Partiyasının qurultay keçirtmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə aprelin 3-ü cavab veriləcək. Publika.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı yerlə bağlı BŞİH-ə üç dəfə müraciət göndərdiklərini və müsbət cavab alacaqlarına ümid etdiklərini deyib.


Onun fikrincə, ikinci müraciətə BŞİH-nin cavabında yumşalamaların hiss olunması bunu deməyə əsas verir: "Birinci müraciətimizə BŞİH-in cavabında bildiyiniz kimi Bakı kəndlərində yerləşən 4 mədəniyyət mərkəzi təklif olunurdu. Amma təklif olunan məkanlar qurultayın keçirilməsi üçün məsləhətli yerlər deyildi. Qurultayda 700-ə yaxın insanın iştirak edəcəyi gözlənilir. Biz müraciətdə qurultayı keçirmək üçün məkanların siyahısını yazmışdıq. Çox təəssüf ki, onların heç biri icra hakimiyyətinin cavabındakı siyahıda öz əksini tapmamışıd. Ona görə də, biz bir neçə dəfə müraciət etməli olduq. Hesab edirəm ki, BŞİH-in sonuncu müraciətimizə cavabında nümayəndə heyətinin çoxluğu nəzərə alınacaq. Biz bu qurultayı sivil yolla keçirtmək niyyətindəyik".

Qurultayda partiyanın gələcək strategiyası və bir sıra yeni təyinatlar məsələsi mzakirə oluanacaq deyən partiya funksioneri bildirir ki, bu görüş bəzi qaranlıq məsələlərə də aydınlıq gətirəcək.

Elmir
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm