
Məlum Quba hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının məlumatından bəlli olur ki, etirazlarla nəticələnən video-çəkilişin yayımında rayon bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyevin xüsusi rolu olub. İndiyə qədər bələdiyyələri yerli icra hakimiyyətinin əlavəsi sayanlar bu faktdan şoka düşüblər.
İntriqanın səbəbi barədə danışan AVCİYA eksperti Məhərrəm
Zülfüqarlı Publika.Az-a deyib ki, hələ bələdiyyələr yarananda icra
hakimiyyətləri ilə yerli özünü idarəetmə orqanları arasında ikili
hakimiyyətin əsasının qoyulacağı məlum idi: "Bunun bir səbəbi icra
hakimiyyətləri ilə bələdiyyələrin səlahiyyətlərinin bəzi
məsələlərdə üst-üstə düşməsidir. Qanunvericilikdə boşluqlar
olduğundan hələ də icra hakimiyyətlərinin səlahiyyətində olan
məsələlərin bələdiyyələrə də tapşırılması halları var. Bir də
görürsən ki, icra başçısı bələdiyyədən hansısa iş tələb edir. Bu
kimi hallar ziddiyyətlərin yaranıb dərinləşməsinə gətirir".
Zülfiyyə Telmanqızı
Publika.Az