“Milli maraqların qorunması hər bir gəncin amalı olmalıdır” – Ramiz Mehdiyev
Bizi izləyin

Nida.az

“Milli maraqların qorunması hər bir gəncin amalı olmalıdır” – Ramiz Mehdiyev

Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram!

“Müasir dünyada çox sürətli dəyişikliklər baş verir. Qlobal siyasət mübarizə səhnəsinə çevrilir. Belə bir şəraitdə milli maraqların qorunması hər bir azərbaycanlı gəncin həyat amalı olmalıdır”.

Publika.Az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev “Facebook” səhifəsində paylaşıb.

Daha sonra PA rəhbəri R.Mehdiyev yazır: “Bu baxımdan Azərbaycan gəncləri daim bilik və bacarıqlarını yüksəltməlidirlər. Vətənə, dövlətçiliyə bağlı, cəmiyyətə fayda verən, müasir dünyagörüşlü gənc peşəkarlar hər bir sahədə müstəqil dövlətimizin intellektual elitasını formalaşdırmalı, onun avanqardına çevrilməlidir. Son 5 ildə dövlət qulluğuna qəbul edilən şəxslərin 81 faizini gənclərin təşkil etməsi cənab Prezident İlham Əliyevin “gəncləşmə prosesi davam edəcək” sözlərinin bariz nümunəsidir. Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm