Arif Hacılının müraciəti cavabsız qalıb
Bizi izləyin

Nida.az

Arif Hacılının müraciəti cavabsız qalıb

Bu barədə Publika.Az-a açıqlamasında Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib.


Onun sözlərinə görə, müraciətin əsasında martın 9-da Arif Hacılının cəza növünün dəyişidirilməsi, həbs cəzasının ya şərti cəza, ya da ev dustaqlığı ilə əvəz olunması durur:

“Qanunvericiliyə görə, cəza müddətinin üçdə birini çəkən məhbusun cəza növünün dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququ var. Arif Hacılının cəza müddətinin üçdə biri isə yanvar ayında başa çatıb. O zaman biz müraciət etmişdik, amma bu məsələyə baxılmamışdı. Çünki Penitensiar Xidmət bu müraciəti məhkəməyə çatdırmamışdı. Hazırda müraciətimiz Suraxanı Rayon Məhkəməsindədir, hesab edirdik ki, martın 26-da bizim müraciətimizə baxıla bilər, amma məhkəmənin bayramı yaman uzun çəkdi, hələ də baxılmayıb. Ümidvaram, bu gün və ya sabah müraciətimizə baxılacaq. Məhbusun xəstə anası ilə görüşməklə bağlı bir həftəlik azadlığa buraxılmaqla bağı müraciətinə də Penitensiar Xidmətdən hələ bir cavab verilməyib”.

Mustafa Hacıbəyli qeyd edib ki, İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kassasiya şikayətləri əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı müəyyənləşib. Kassasiya şikayətlərinə aprelin 24-də baxılacaq. Prosesə hakim Fərhad Kərimov sədrlik edəcək.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm