“Azərbaycandan tələb edilənlər Ermənistandan tələb olunmur“
Bizi izləyin

Nida.az

“Azərbaycandan tələb edilənlər Ermənistandan tələb olunmur“

Azərbaycan istənilən vaxt ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edə bilər və buna onun tam haqqı və əsasları var.

Bu barədə Publika.Az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin xarici işlər nazirlərinin son bəyanatına münasibət bildirən QAT sədri bildirib ki, bu bəyanat martın 24-də yaranmasının 20 ili tamam olacaq Minsk Qrupunun fəaliyyətsizliyini bir daha təsdiqlədi: "Bu bəyanatdan da görünür ki, onların dedikləri söz yığınağından başqa bir şey deyil. 20 ildir münaqişəni həll etmək vədləri ilə bu dövlətlər Qarabağdakı erməni işğalını qüvvədə saxlamağa çalışırlar. Azərbaycandan tələb edilənlər Ermənistandan tələb olunmur. Güc tətbiqinə qarşı çıxırlarsa, niyə ermənilərin güc tətbiqi ilə torpaqlarımızı işğal etmələrinə göz yumurlar".

O vurğulayıb ki, 1998-ci ildə Lissabon sammitindən sonra ortaya millətlərin, xalqların müqəddəratını təyin etmə hüququ Qarabağ məsələsində predmet ola bilməz: "Bir ovuc erməni Azərbaycan xalqından ayrı şəkildə necə müqəddərat təyin edə bilər? Bu hüquq müstəmləkədən xilas olmağa çalışan xalqlara şamil oluna bilər. Amma ortada Azərbaycan ərazilərinin işğal faktı var və BMT-nin qətnamələrində də öz təsdiqini tapıb. Belə olduğu halda, hansı müqəddərat və sülhə hazırlıqdan söz gedə bilər?

A.Nağı Azərbaycan prezidentinin Novruz tədbirlərində əhaliylə görüşərkən deidyi sözləri də xatırladıb: "Prezident də öz çıxışında dedi ki, beynəlxalq təşkilatlar bizə Qarabağ problemini tez bir zamanda həll etməkdə mane olurlar. Çox təəssüflər olsun ki, bu həqiqətdir. Fikrimcə, ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətsizlik tarixçəsinə baxmaqla, bizim bu qrupun vasitəçiliyindən imtina etməyə tam əsasımız var və istənilən zaman bunu edə bilərik".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm