Nida.az
XİN:“Azərbaycan İranla yaxın qonşuluq münasibətlərinə sadiq qalacaq“
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda imzaladığı bəyanatın, həmçinin Azərbaycan və İran arasında dövlətlərarası səfərlərin vacibliyini nəzərə alaraq biz İranla yaxın qonşuluq münasibətlərinin tərəfdarıyıq. Bu barədə Trend-ə bazar günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan cəfirinin İran XİN-inə çağırılması ilə bağlı qonşu ölkənin mətbuatında dərc olunan yazılara münasibət bildirərkən deyib.
Abdullayev səfirin İranın Xarici İşlər Nazirliyinə çağırılması
faktını təsdiqləyib.
Daha əvvəl İranın İRNA agentliyi xəbər verib ki, Azərbaycanın
İrandakı səfiri Cavanşir Axundov şənbə günü İran İslam
Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Axundova bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq
fəaliyyətində ittiham olunmasına qarşı etiraz ünvanlanıb.
Səfir bildirib ki, İranın reaksiyasını Azərbaycan hökumətinə
ünvanlayacaq.
Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin
apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar
edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq
fəaliyyətində ittiham olunurlar.
2012-ci ilin martın 7-də Naxçıvanda imzalanan bəyanatda regionda
baş verən proseslərə dəstək ifadə olunub. Tərəflər dialoqu XİN
səviyyəsində deyil, həm də iqtisadi inkişaf, nəqliyyat, turizm,
mədəniyyət və energetika sahələrində davam etdirmək barədə razılığa
gəliblər.
Publika.Az
Vaxt: 2012-03-18 13:26:00
XİN:“Azərbaycan İranla yaxın qonşuluq münasibətlərinə sadiq qalacaq“
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin
Naxçıvanda imzaladığı bəyanatın, həmçinin Azərbaycan və İran
arasında dövlətlərarası səfərlərin vacibliyini nəzərə alaraq biz
İranla yaxın qonşuluq münasibətlərinin tərəfdarıyıq. Bu barədə
Trend-ə bazar günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan cəfirinin İran
XİN-inə çağırılması ilə bağlı qonşu ölkənin mətbuatında dərc olunan
yazılara münasibət bildirərkən deyib.
Abdullayev səfirin İranın Xarici İşlər Nazirliyinə çağırılması
faktını təsdiqləyib.
Daha əvvəl İranın İRNA agentliyi xəbər verib ki, Azərbaycanın
İrandakı səfiri Cavanşir Axundov şənbə günü İran İslam
Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Axundova bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq
fəaliyyətində ittiham olunmasına qarşı etiraz ünvanlanıb.
Səfir bildirib ki, İranın reaksiyasını Azərbaycan hökumətinə
ünvanlayacaq.
Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin
apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar
edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq
fəaliyyətində ittiham olunurlar.
2012-ci ilin martın 7-də Naxçıvanda imzalanan bəyanatda regionda
baş verən proseslərə dəstək ifadə olunub. Tərəflər dialoqu XİN
səviyyəsində deyil, həm də iqtisadi inkişaf, nəqliyyat, turizm,
mədəniyyət və energetika sahələrində davam etdirmək barədə razılığa
gəliblər.
Publika.Az
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO