Nida.az
Arif Hacılı Rauf Arifoğlu və Əli Kərimliyə səsləndi: “Artıq əndazəni aşıb...”
Müsavat Partyasının başqanı Arif Hacılı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna “Azadlıq” qəzeti haqqında məhkəmə iddiasını geri götürməsi üçün müraciət edib.
Publika.az xəbər verir ki, Müsavat başqanı “Facebook” R. Arifoğlu
və Əli Kərimlini yaranmış qarşıdurmaya son verməyə
çağırıb.
“Sanki, cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda, hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir. Atılan hər addım, deyilən hər söz, görülən hər iş dərhal şübhə altına alınır. Ən pisi isə odur ki, tabular götürülür. Din də, qanunlar da, qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək, bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür. Tabuların ictimai rəyə təsir imkanlarına malik olan qurumlar, güc mərkəzləri tərəfindən pozulması isə yalnız məyusluq yaratmır, bu həm də ictimai təhlükədir. Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib”, - deyə A. Hacılı bildirib.
Başqan qeyd edib ki, eyni zamanında müxalifətə qarşı istifadə
olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır:
“Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı
mənim də bu xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün
səy göstərəcəyinə inanıram. Hörmətli Rauf Arifoğludan “Azadlıq”
qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş
edirəm”.
Asif
-
Region17:21
Ruslar Türkiyədə mənzil alıcıları arasında lider oldu
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu