Ermənilər Əliyevin bu görüntülərinə çatlayır - Foto
Bizi izləyin

Nida.az

Ermənilər Əliyevin bu görüntülərinə çatlayır - Foto

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşlərdə kameralara yaxalanan bu fotoları Ermənistan mediasında və sosial şəbəkədə uzun müddət əsas müzakirə mövzusu oldu.

Axar.az xəbər verir ki, düşmən ölkənin mediası iki türk liderinin bu səmimi görüntüsünü Qazaxıstanın İrəvana qarşı sərt siyasətindən sonra xüsusilə vurğulamağa başladı. Nazarbayevin İrəvanın Avrasiya İttifaqına üzvlüyü zamanı onun qarşısında Qarabağla Ermənistan arasında gömrük keçid məntəqələrinin quraşdırmasını tələb etməsi amilinə diqqət edən media bu addımı iki türk lideri arasında olan səmimi münasibətlə əlaqələndirdi.

Qeyd edək ki, Avrasiya İttifaqının Astanada təsis konfransı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qarabağla bağlı Bakının xeyrinə sərt mövqe tutması ilə yadda qalmışdı.

Axar.az türk liderlərinin ermənilərin qısqanclığına səbəb olan həmin şəkillərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm