Xocalı soyqırımı ilə bağlı məsələ Avronest PA-nın iclasında
Bizi izləyin

Nida.az

Xocalı soyqırımı ilə bağlı məsələ Avronest PA-nın iclasında

Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının (PA) komitə iclasları keçirilir.Publika.Az-ın məlumatına görə, qurumun Siyasi komitəsinin iclasında Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə iştirak ediblər.

İclasda Şərq tərəfdaşlığı ölkələrində cari vəziyyət və komitədə hazırlanmış məruzə müzakirə olunub. Tədbirdə deputat Asim Mollazadə çıxış edərək təklif edib ki, Şərq tərəfdaşlığı məkanında separatizmin qəbul edilməz olduğu komitənin məruzəsində öz əksini tapsın. O, fikrini belə əsaslandırıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ssenarini quruma üzv ölkələrdə də tətbiq etməyə çalışan qüvvələr vardır. Bu məsələdə Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələrini dəstəkləməlidir.

Komitədə deputat Fuad Muradov təşkilata üzv ölkələrdə baş verən hadisələrə, o cümlədən Ukraynada olanlara Avropa İttifaqının gec mövqe bildirdiyini, gözləmə mövqeyini tutduğunu söyləyib. O, yalnız digər qüvvələrin reaksiyasından sonra təşkilatın mövqe açıqlamasının heç də düzgün olmadığını ifadə edib.

Deputatımız Avropa İttifaqını Şərq tərəfdaşları ilə paralel olaraq Mərkəzi Asiya regionuna da xüsusi diqqət yetirməyə, qurum çərçivəsindəki proseslərə bu ölkələri də daxil etməyə çağırıb. Onun bu fikirləri Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq tərəfdaşlığı və Mərkəzi Asiya departamentinin rəhbəri cənab Günnar Vieqand tərəfindən müsbət dəyərləndirilib.

İclasda çıxış edən deputat Ceyhun Osmanlı bəzi tərəfdaş dövlətlər tərəfindən Avropa İttifaqına ancaq maliyyə resursu kimi baxılmasının düzgün olmadığını söyləyib. O, İttifaqın dəyərlər inteqrasiyası olduğunu qeyd edərək, bu prosesdə tərəqqipərvər dəyərlərin mübadiləsinin prioritet sayılmasının vacibliyini bildirib. Deputatımızın bu yanaşması komissiya təmsilçiləri tərəfindən dəstəklənib.

Müzakirələr zamanı deputatlarımız Xocalı soyqırımının öyrənilməsinin və gələcəkdə bu cür halların bir daha baş verməməsi üçün yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Avronest PA-nın komitə iclasları öz işini davam etdirir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm