YAP rayon təşkilatı hesabat verdi
Bizi izləyin

Nida.az

YAP rayon təşkilatı hesabat verdi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibatı binasında Rayon Partiya Təşkilatının 2013-cü ildə fəaliyyətinə həsr edilmiş hesabat tədbiri keçirilib. Təşkilatdan Publika.Az-a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasının önündə ümumilli lider Heydər Əliyevi büstünün önünə gül dəstələri qoyublar.

Sonra YAP Binəqədi Rayon Təşkilatının 2013-cü ildə fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.

Tədbirdə məruzə ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 2013-cü ildə Partiya Rayon Təşkilatının fəaliyyətindən danışıb, hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsi Prezident seçkiləri ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasının yekun Protokoluna əsasən, Binəqədi rayonu üzrə seçicilərin 8 saylı Binəqədi I Seçki Dairəsində 85%, 9 saylı Binəqədi II Seçki Dairəsində 86,7% və 10 saylı Binəqədi III Seçki Dairəsində 85,7% -i səs verməklə bu taleyüklü məsələdə fəal iştirak ediblər.

Hesabat dövründə keçirilmiş görüşlərdən danışan sədr bildirib ki, Prezident seçkilərinə hazırlıqla paralel olaraq Rayon Partiya Təşkilatı tərəfindən il ərzində 80-ədək tədbir keçirilib. Hesabat dövründə ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, yeni 5 ərazi-ilk partiya təşkilatı yaradılıb, mətbuatla sıx əlaqə qurulub və ümumilikdə YAP Binəqədi Rayon Təşkilatının fəaliyyətinə həsr olunmuş 190-dan çox məqalə çap olunub. Hesabat dövründə Partiyanın Rayon Təşkilatı daha bir yaddaqalan hadisənin iştirakçısı olub. Belə ki, YAP Binəqədi rayon Təşkilatının Binəqədi Rayon İcra Hakimiyyətinin hərtərəfli dəstəyi ilə yaradılan bineqediyap.org.az saytı da yaradılıb.

R.Göyüşov Rayon Partiya Təşkilatının fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova təşəkkürünü bildirib.


Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Binəqədi Rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov, Milli Arxiv İdarəsi ərazi-ilk partiya təşkilatının sədri Yeganə Cabbarlı, YAP Binəqədi Rayon Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Yolçu Zeynalov çıxış ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regiounda öndə gedən təşkilatdır.

Tədbirdə Rayon Partiya Təşkilatının fəaliyyətində fəallıq göstərən bir sıra şəxslərə Fəxri Fərmanlar, hədiyyələr və partiya sıralarına yeni daxil olmuş bir neçə şəxsə partiya vəsqələri təqdim edilib. Sonra YAP Binəqədi Rayon Təşkilatı Şura İclasının Qərarı və Rayon Partiya Təşkilatı adından cənab prezident İlham Əliyevə müraciət oxunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm