“Düşünürəm ki, o, Rusiya ilə yenidən üz-üzə gəlməyəcək“
Bizi izləyin

Nida.az

“Düşünürəm ki, o, Rusiya ilə yenidən üz-üzə gəlməyəcək“

Gürcüstan prezidentinin yenidən Rusiya ilə hərbi toqquşmaları gözə alması və hər hansı hərbi əməliyyata hazırlaşması gözlənilən deyil.

Bu barədə Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirov Mixail Sakaşvilinin "Payızda Putinlə Kaxetiya küçərəində görüşəcəyik" sözlərinə münaisbət bildirərkən deyib.

"Hesab edirəm ki, Rusiyada Vladimir Putinin yenidən hakimiyyətə gəlməsi Saakaşvilinin imkanlarını genişləndirməyə imkan vermir. Məsələ ondadır ki, Putinin post-sovet məkanı ilə bağlı özünəməxsus yanaşmaları var. Onun "Avrasiya İttifaqı" ideyası da var. Heç şübhəsiz ki, onun post-Sovet məkanı, o cümlədən Gürcüstanla bağlı ambisiyaları var və bunu gizlətmir də. Amma Mixail Saakaşvili 2008-ci ilin avqust hadisələrindən sonra daha praqmatik bir siyasətçi olub. O zaman onda daha çox romantizm hiss olunurdusa, artıq hadisələrə praqmatik yanaşacağını düşünürəm. Dününürəm ki, o, Rusiya ilə yenidən üz-üzə gəlməyəcək".

Poiltoloq hesab edir ki, Gürcüstan beynəlxalq birliyin ona görə Putinlə qarşıdurmaya getməyəcəyini bilir, ona görə də, növbəti dəfə riskə getməyəcək: "Rusiya da bir qədər ehtiyatlı davranacaq. Hər halda, bu ölkələr qonşudurlar və gündəmdə iki dövlət arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar durur. Digər tərəfdən, ABŞ İranla bağlı məsələnin aktual olduğu bir zamanda Rusiya ilə münasibətləri pisləşdirmək istəmir. Lakin birmənalı demək olmaz ki, Gürcüstan Rusiyaya qarşı çıxmaqdan çəkinəcək".

Onun sözlərinə görə, Gürcüstan prezidentinin siyasi kursunda Rusiyameylli dəyişiklik gözləmək doğru deyil: "Hər halda ciddi konfrontasiya gözləmirəm".

E.Nəsirov Rusiya XİN rəsmisi M.V.Zaxarovun Azərbaycanı "Saakaşviliyə tribuna verdiyinə görə" qınamasına da münasibət bildirərək deyib ki, rəsmi Moskvanın Azərbaycanı qınamağa haqqı yoxdur: "Azərbaycan hökuməti bu çıxışı dəstəkləməyib, Milli Məclisin üzvləri tərəfindən eyni mövqe nümayiş olunmayıb. Saakaşvili İtaliyada da Rusiyanı pisləyir, Almaniyada da. Azərbaycanı bu məsələdə ittiham etmək yersizdir".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm