Nida.az
Fərəc Quliyev: “Qeyd olunan günlərə yenidən baxılmalıdır“
Bu barədə Publika.Az-a açıqlamasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib
"18 oktyabr Müstəqillik günü bu illərdə həmişə qeyd olunurdu, lakin
bu gün qeyri-iş günü deyildi. Mən hesab edirdim ki, bu səhvdir və
münasibətimi də bildirmişdim. Ona görə yox ki, mən istiqlalçı
deputatam. Bütün dünyada dövlətlərin müstəqillik günləri mühüm
sayılır və dövlət başçıları bu günlərdə bir-birlərini təbrik
edirlər. ".
O vurğulayıb ki, 18 oktyabr tarixi xüsusilə vurğulanmalı, ciddi
şəkildə qeyd olunmalı gündür.
"Mən bu günün istirahət günü, bayram kimi qeyd olunması
istiqamətində addımı təqdir edirəm. Ümumiyyətlə, milli
müqəddəratımızın həll edilməsində önəmli olan günlər bayram kimi
qeyd olunmalıdır. Hesab edirəm ki, tariximizdə olan hadisələrə,
millətimizin ayaqda durmasında əhəmiyyəti olan günlərə zaman-zaman
nəzər salınmalı, qeyd olunan günlərə yenidən baxılmalıdır".
SSRİ dövründə 9 may tarixinin "Qələbə günü" kimi qeyd olunduğunu
xatırladan F.Quliyev əlavə edib ki, Azərbaycan tarixində mili
əhəmiyyət kəsb edən hadisələrin, döyüşlərin tarixinin qeyd olunması
əhəmiyyət daşıyır.
Rüfət Əhmədzadə
Publika.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!