
Bu barədə Pulika.Az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri, Müqavimət Hərəkatınınn (MH) idarə heyətinin üzvü Mirmahmud Mirəlioğlu bildirdi.
KXCP sədri söylədi ki, hərəkatının son toplantılarında Rəsul
Quliyevlə əlaqə qurulub və bu toplantılardan heç birində mitinq
məsələsi müzakirə olunmayıb: “Bəzi KİV-də bu haqda yalnışlığa yol
verilir. R.Quliyevin mətbuatda səslənən fikri bizə ünvanlanmayıb.
Təklif yoxdur ki, müzakirəyə də çıxarılsın. Əgər elə təklif olsa,
imkanlarımız və lazımi məsələr barədə müzakirə aparacağıq. Lakin
düşünürəm ki, mitiniq və ya digər məsələlər barədə müzakirə yalnız
MH-nin Məclisinin və regional şöbələrinin formalaşmasından sonra
aparıla bilər. Hazırda təşkilati işlər gedir”.
M.Mirəlioğlu vurğuladı ki, əgər R.Quliyev tərəfindən 28 aprel və ya
digər tarixdə mitinq təşkili barədə təklif nüzakirəyə çıxarılsa,
hərəkatın buna imkanları müzakirə olunacaq.
Rüfət
Publika.Az