Zərdüşt Əlizadə: “Hər şey xalqın cəsarətindən asılıdır
Bizi izləyin

Nida.az

Zərdüşt Əlizadə: “Hər şey xalqın cəsarətindən asılıdır

Medvedyevin prezidentliyi dövründə Putin-Medvedyev cütlüyü Rusiya vətəndaşlarının bütün konstitusiyon hüquqlarını məhdudlaşdıraraq elə bir situasiya yaratmışdılar ki, Putin yenidən hakimiyyətə qayıda bilsin.

Bu barədə Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi.
Sözügedən cütlüyün məqsədinin həmin korrupsiya sistemini saxlamaq olduğunu deyən Z.Əlizadə qeyd edib ki, Duma seçkiləri saxtalaşdırılandan sonra xalqın etirazları qarşısında hakimiyyətin müxalifətə güzəşti yalnız mərkəzi telekanallarda bir qədər efir vaxtı ayırmaqdan ibarət olub: “Amma bütövlükdə etiraf etməliyik ki, ən azı 15 faizlik səs saxtalaşdırılması oldu. Əlbəttə ki, bu halların qarşısını almaq üçün müxalifətin imkanları məhdud idi. İndi bildirilir ki, 8 mindən çox insan hüquqlarının pozulması ilə bağlı şikayət etməyə hazırlaşır. Amma hara şikayət edəcəklər? Sifarişli məhkəmələrdən nə gözləmək olar?”
Rusiya Federasiyasının ictimai-siyasi həyatı ilə bağlı gözləntiləri barədə suala cavab verən politoloq vurğuladı ki, Rusiyanın bundan sonrakı taleyi məhz bu gün xalqın etiraza çıxması, müxalifətin sərt reaksiya göstərməsi ilə əlaqəlidir: “Təbii ki, Putin yaratdığı ədalətsiz vəziyyətə görə cavab verməli olacaq. Üzüyaya ölkədə gözlənilən bahalaşmalar da onun durumunu pisləşdirəcək . İstənilən halda, hər şey bu gün xalqın cəsarətindən asılıdır. Müxalifət mövqeyində qəti dursa, Putin gedə bilər”.

Rüfət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm