Britaniya parlamentində Minsk Qrupunu "dümsükləmək" istəyiblər
Bizi izləyin

Nida.az

Britaniya parlamentində Minsk Qrupunu "dümsükləmək" istəyiblər

Publika.Az BBC-yə istinadən xəbər verir ki, şərşənbə axşamı Britaniya Parlamentində Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə debat keçirilib.

Təxminən yarım saat davam edən "fasilə debatını" Leyboristlər partiyasından olan millət vəkili Stefen Pound başlayıb. O. həmçinin Britaniya-Ermənistan Parlamentlərarası Qrupunun sədr müavinlərindən biri, Azərbaycanın qara siyahısına düşən şəxslərdən biridir.

Münaqişənin uzun tarixi və mühiti barədə danışan millət vəkilinin sözlərinə görə, məsələni parlamentdə qaldırmasının məqsədi, Minsk Qrupunun həmsədrlərini irəliləyiş etmək üçün "azacıq dümsükləməkdir"."Britaniya höküməti hərəkət tələb edə bilməz. Amma bu gün burada öz narahatlığımızı göstərə bilərik", o deyib.

"Bu gün deyə bilərik ki, dəhşətli, qanlı və qorxulu bir müharibə idi, amma 20 il bundan əvvəl bitib. Gəlin bitməni bitirək ki, nəhayət bu dəhşətli münaqişəyə son qoyulsun, iki millət günə çıxa bilsin, sülhdə yaşasın. Ancaq bundan sonra biz insan haqları məsələlərindən danışa bilərik. Heç olmasa atəş səsini eşitmədən danışaq".

Pound müzakirəni Xarici İşlər Nazirliyində parlament dövlət katibinin müavini Mark Simmonds-a ünvanlayıb.

Cavabında Simmonds deyib ki, münaqişə Ermənistan və Azərbaycan arasındadır "və onlar buna sahib olub onu həll etməlidirlər". "Təbii ki, həmsədrlər irəliləyiş üçün çalışırlar və vaxtı gələndə biz, beynəlxalq ictimaiyyətlə birlikdə, əlavə dəstək verməyə hazırıq".

Hökümət rəsmisinin sözlərinə görə, Birləşmiş Krallıq narahatdır ki, Ermənistan və Azərbaycan tərəfləri "xalqlarına məqbul olacaq sülh sazişi" yaratmırlar. Azərbaycanlılarla ermənilərin bir-birindən izolyasiyada yaşaması "ənənəyə ziddir", o qeyd edib.

Mark Simmonds bir daha təsdiq edib ki, XİN başçısı Uilliam Hague Bakıda səfərdə ikən həm insan haqları məsələsini, həm də Dağlıq Qarabağ məsələsini qaldırıb. O həmçinin deyib ki, may ayında Ermənistanda olanda eyni məsələləri ölkənin XİN başçısı Nalbandyanla da müzakirə edib.

"Biz bu əhəmiyyətli məsələləri tez-tez, hər iki tərəfin nümayəndələrilə bütün səviyyələrdə qaldırırıq".

Stefen Pound müzakirəni Xarici İşlər Nazirliyində parlament dövlət katibinin müavini Mark Simmonds-a ünvanlayıb

"Rezonanslı" keçmiş

Debat zamanı bir sıra məsələyə, o cümlədən 1915-ci il hadisələrinə toxunulub. Gələn il bu hadisənin 100 illiyi qeyd olunacaq. "Öz dəstəyimizi göstərib ... bu dəhşətli soyqırımın ildönümü ərəfəsində Minsk (prosesini) irəliləməyə çalışsaq yaxşı olmazmı?", Stefen Pound sual edib.

Bundan savayı cənab Pound "Ramil Səfərov məsələsini" də xatırlayıb. "Danışdığımız məsələlərin çoxu keçmişdədir, bu keçmiş hələ də rezonans yaradır", o deyib.

Müzakirəyə bir sıra parlament üzvü, o cümlədən 2012-ci ilin sonunda parlamentdə Azərbaycandakı insan haqları vəziyyətini qaldıran Helen Goodman da qoşulub. Beləliklə, göründüyü kimi müzakirələr əvvələcədən Azərbaycan əleyhinə köklənmiş şəxslərin təşəbbüsü və fəallığı ilə keçirilib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm