Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları ilə görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşi ilə Xocalılı qadınlardan danışıb.

Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşi ilə görüşüb. Onlara Azərbaycanla bağlı, Azərbaycada qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlər bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşiyə qaçqın və məcburu kökün qadınlarıla da bağlı danışıb.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli bə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşiyə təşəkkürünü bildrib. “Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxaql platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşiyə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Azərbaycanda səfərdə olduğunu, yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşi münasibətlərimizin daha da inkişafı bizi məmun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşi bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşiyə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Parlamentinin senatorları Suriya Amiruddin və Xalida Mohsin Qureyşiyə hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm