Nida.az
Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər (YENİLƏNİB)
Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim.
Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.
Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq.
Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm.
Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm".
X X X
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Seragəldin, Mərkəzin İdarə Heyətinin üzvləri - 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Tarya Halonen, 1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanov, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, 2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti Stepan Mesiç, səfir, “Globalethics.net” portalının prezidenti Valter Füst, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, 1996-2000-ci illərdə Rumıniyanın Prezidenti Emil Konstantinesku, 1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş naziri Oskar Ribas Reyqi, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti Viktor Yuşşenko, Liviyanın Avropa İttifaqındakı səfiri Fəridə Allaghi, Kəşmir Universitetinin İslam Tədqiqatları İnstitutunun direktoru Əhməd Nasim Şah, Gürcüstan Universitetinin İdarə Heyətinin sədri Giuli Alasaniya və 1997-2001-ci illərdə Moldovanın Prezidenti Petru Luçinski də Azərbaycanın dövlət başçısını təbrik ediblər.
Məktubda qeyd olunur: "Doğum gününüz münasibətilə Sizi təbrik edən çoxsaylı dostlarınız və xeyirxahlarınıza qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.
Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq".
X X X
Azərbaycan Prezidentini təbrik edənlər arasında Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev də var: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.
Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
XXX
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun
təbrikində isə deyilir:
"Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi
təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və
ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində
genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata
keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun
möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət
kursunun şahidiyik.
Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin
maraqlarına hörmət prinsipləri üzərində qurulan
Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da
ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və
qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq
qalacaq.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə
möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan
xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm".
XXX
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti
Qordon Birrelldən də təbrik məktubu daxil olub.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sizi doğum gününüz
münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm
cansağlığı, firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan
gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına
müvəffəqiyyət, rifah arzu edirəm.
Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə
çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif
etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.
bp şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı
fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda
əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və
əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən
təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı
yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın
gələcəkdə də davam edəcəyinə ümidvarıq.
Bir daha vurğulamaq istəyirik ki, bp şirkəti Azərbaycan hökuməti
qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri
yerinə yetirmək üçün səylərini əsirgəməyəcək".
XXX
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev təbrik
edərək deyib: "Zati-aliləri, Doğum gününüz münasibətilə səmimi
təbriklərimi qəbul edin.
Sizin hərtərəfli fəaliyyətinizi, Azərbaycan Respublikasının
inkişafı naminə şəxsi təşəbbüs və səylərinizi yüksək
qiymətləndirirəm.
Qazaxıstan qardaş Azərbaycan ilə münasibətlərin inkişaf
etdirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz arasında
siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi
bunu təsdiq edir.
Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı,
tükənməz enerji və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan
xalqına sülh və firavanlıq diləyirəm".
XXX
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan da təbrik
məktubu daxil edilib: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz
münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq
istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən
yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun
hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz
qazandırıb.
Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən,
açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın
möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək
qiymətləndirir.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq,
qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın
rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin
etibarlı təməli olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı,
xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni
uğurlar arzu edirəm".
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia