AŞPA-nın müşahidəçiləri seçkiləri izləməyəcək
Bizi izləyin

Nida.az

AŞPA-nın müşahidəçiləri seçkiləri izləməyəcək

“Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün Avropa Şurası Parlament Assambleyasından (AŞPA) beynəlxalq müşahidəçilər dəvət olunsa da, xoş məramla bizə bildirdilər ki, biz bu seçkilərdə iştirak edə bilməyəcəyik. Ancaq onlar seçkilərin yüksək səviyyədə keçiriləcəyinə əminliklərini ifadə ediblər”.

Publika.az-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, indi Avropa öz bayramlarına hazırlaşır: “Bilirsiniz ki, Avropa Yeni ilə çox ciddi hazırlaşır. Onlar bizə bildiriblər ki, Azərbaycanla əməkdaşlıq davam etdiriləcək. Bundan əlavə, Azərbaycanda seçkiləri MDB və digər beynəlxalq müşahidəçilər izləyəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm