Nida.az
Prezident Administrasiyası hesabat verdi
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqalə yayıb(AzərTAc). O bildirir ki, 2013-cü ildə vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılıb, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün prezidentin tapşırıq və tövsiyələri ilə daha təsirli tədbirlər görülüb:
“Dövlət hakimiyyəti orqanlarının vətəndaş müraciətlərinə münasibəti daha da yaxşılaşıb, bu orqanların rəhbərlərinin əhali ilə birbaşa təmasları adi hal alıb. Ölkənin bütün bölgələrində hər bir vətəndaş istədiyi mərkəzi icra hakimiyyəti orqanının rəhbəri ilə bilavasitə görüşmək imkanı əldə edib, vətəndaşların uzaq məsafə qət edərək həmin qurumlara gəlməsinə ehtiyac qalmayıb. Bu ünsiyyətdən və təmasdan həm dövlət orqanlarının rəhbərləri, həm də vətəndaşlar bəhrələniblər. Dövlət orqanlarının rəhbərləri cavabdeh olduqları sahələrdə vəziyyətlə yerlərdə yaxından tanış olub, yerli strukturların necə işlədiklərini, vətəndaşların problemlərinə nə dərəcədə obyektiv yanaşdıqlarını öyrənib”.
Şöbə müdiri dövlət başçısının Azərbaycanın bölgələrinə etdiyi səfərlərə də toxunur: “Onun getdiyi hər bir rayonda, hər bir şəhərdə abadlıq və quruculuq işlərinə yeni impuls verilir, bu işlərin vüsəti daha da artır, yaranmış problemlər, bölgələrin ehtiyacları daha əyani surətdə öyrənilir, onların həlli yolları müəyyənləşdirilir. Prezidentin elə bir səfəri yoxdur ki, həmin bölgədə bir çox yeni mədəniyyət, səhiyyə müəssisəsi, məktəb, idman qurğusu və digər obyektlər istifadəyə verilməsin. Dövlət başçısı son 10 ildə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak edib. Təkcə 2013-cü ildə dövlət başçısı bəzilərində bir neçə dəfə olmaqla respublikanın 36 şəhər və rayonunda olub, 170-dən çox obyektin açılışına və təməl mərasiminə qatılıb”.
S.İsmayılov daha sonra Prezidentə göndərilən minnətdarlıq məktublarından söz açır. Qeyd edilir ki, əmək və müharibə veteranlarından, yaradıcı şəxslərdən və elm xadimlərindən, şagird və tələbələrdən, hərbçilərdən daxil olan bir sıra müraciətlərdə ölkənin ictimai-siyasi həyatı, sosial-iqtisadi tərəqqisi, beynəlxalq mövqeyinin gücləndirilməsi, hərbi qüdrətinin artırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli, xarici siyasət və digər sahələrə dair təkliflər təqdim edilir: “Ötən il ictimai məzmunlu təkliflərin sayı 2012-ci ilə nisbətən 40 faiz artıb”.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək