Nida.az
Erkin Qədirli hakimiyyətlə əlaqələrindən danışdı
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli jurnalist Xədicə
İsmayıl tərəfindən hazırlanmış siyahıda onun hökumətlə əlaqələrinə
aid yer alan məlumatlara münasibət bildirib. E. Qədirli Publika.Az –a açıqlamasında siyahını cəfəngiyat
adlandırıb: “Bu Xədicə İsmayılın adından da yayıla bilər. Bu siyahı
daha çox seçkiqabağı kölgə kabineti və digər qondarma siyahılara
bənzəyir. Nə ciddidir, nə də ittiham. Sadəcə şərh etmək istəmirəm.
Çünki belə bir əlaqədən söhbət belə gedə bilməz. O cümlədən REAL
üzvlərinin əlaqələri və REAL-ın kiminsə tərəfindən təsis olunması
haqqında deyilənlərdən cəfəngiyatdan başqa bir şey deyil”.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki
tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə X. İsmayıl
tərəfindən verildiyi deyilən siyahıda İctimai fəal Erkin Qədirli
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş
şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez
görüşür və bilavasitə F. Ələsgərovun özündən təlimatlar alır. Məhz
Ələsgərov E. Qədirlini həbslərdən və repressiyalardan qoruyur.
Həmçinin qeyd edilir ki, REAL hərəkatı İdarə Heyətinin üzvləri
Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər
üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin
rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E. Aslanov
REAL hərakatının yaradılmasının ideya müəllifi və
təşəbbüskarıdır.
Asif
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı