Elçibəyin qardaşı : “Xədicə özü haqqında danışsın”
Bizi izləyin

Nida.az

Elçibəyin qardaşı : “Xədicə özü haqqında danışsın”


“Mən ömrümdə heç kimə işləməmişəm. Yalnız Allaha işləmişəm. Bu cür böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına qoysunlar”.Bu barədə mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Publika.Az –a açıqlamasında Elçibəy ailəsinin hökumətlə əlaqələrini, vasitəçiliyini onun etməsi haqqında yayılan informasiyalara münasibət bildirərkən deyib.

A. Əliyev qeyd edib ki, bu günə qədər heç kimə işləmədiyi kimi, bundan sorna da heç kimə işləməyəcək. O bunu yazanları, deyənləri ittiham edərək bildirib ki, kim deyirsə, özü haqqında danışsa yaxşı olar.

“Elçibəyin ailəsinə dövlət tərəfindən qanunla verilən yarımdan da xəbərim yoxdur. Mənim buna aidiyyəti yoxdur, qarışmıram da. Bu məsələlərlə bağlı ailəsi bilər. Mənə deyəndə ki yardım edək, mən dedim ki, yaxşı olar. Özləri bilər, nə yazırlarsa yazsınlar, amma belə şey yazmaqdansa başlarını daşın altında qoysalar yaxşı olar”-deyə eks-prezidentin qardaşı bildirib.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə verildiyi deyilən siyahıda bildirilir ki, Əbülfəz Elçibəyin ailəsi ilə hökumətin əlaqələrini A. Əliyev baxır və bütün vasitəçiliyi o edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm