Müsavatdan “casus” siyahısına reaksiya
Bizi izləyin

Nida.az

Müsavatdan “casus” siyahısına reaksiya

İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir.


“İsa Qəmbər və Müsavat üzvlərinin kimlərsə əlaqəsi olması haqqında yazılanlar gülünc siyahıdır”. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.Az –a açıqlamasında jurnalist Xədicə İsmayılın “casus” siyahısına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu siyahının bu cür yayılması da şübhəlidir: “Bunun kimlərinsə uydurması da ola bilər düşüncəsindəyəm. Nəinki İsa Qəmbər, ümumiyyətlə, Müsavat haqda yazılanların heç bir əsası yoxdur. Arif bəy də Müsavatın Azərbaycan siyasətinə təsir edən üzvüdür. Onun hər hansı penitensiar xidmətin bir aşağı səviyyəli məmuru ilə birləşdirmək və onunla əlaqələri hakimiyyətlə bağlamaq sadəcə gülünc bir iftiradır”.

Müsavat rəsmisi bu siyahının yayılmasında AXCP-nin də rolunun olması haqqında mətbuatda səslənən iddialara münasibət bildirib.“Burda kiminsə, yaxud AXCP-nin rolunun olması haqqında məlumata malik deyiləm. Ona görə də bu haqda danışa bilmərəm”-deyə o qeyd edib.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə verildiyi deyilən siyahıda bir çoxlarının, eləcə də Müsavat Partiyasının funksionerləri, eləcə də başqanı İsa Qəmbəri adı hallandırılır. Virtualaz.org saytında dərc olunana siyahıda bildirilir ki, İsa Qəmbər hakimiyyət tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R. Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.

Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.

Qeyd edilir ki, siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm