Nida.az
Suriyada “cihaddan” qayıdan azərbaycanlı həbs olundu – ÖZƏL
Suriya döyüşlərində iştirak edərək ötən ay Azərbaycana qayıtdığı deyilən Xaçmaz rayon Xudat şəhər sakini Nadir Əlixanov həbs olunub.
Publika.az-a hüquq-mühafizə orqanlarından daxil
olan məlumata görə, N. Əlixanov bir neçə gün öncə saxlanılıb.
O, xarici ordularda qanunsuz döyüşməkdə ittiham edilir.
İddialara görə, N. Əlixanov ailəsi ilə birlikdə Suriyaya
gedibmiş.
Qeyd edək ki, N. Əlixanov ötən həftə Publika.az-ın Şimal bölgəsinə ezam olunmuş müxbirinə müsahibə verib (http://publika.az/p/56700). O, müsahibəsində Suriya döyüşlərində iştirak etmədiyini deyib və yayılan məlumatları şaiyə adlandırıb.
“Mən 6 ay ailəmlə birlikdə Türkiyədə yaşamışam. Orda bir nəfər
tanıdığım insanın evində qalmışam, həmçinin onun atasının sexində
işləmişəm. İki ay öncə işlər yaxşı gətirmədi və mən evə qayıtdım.
Sərhəddə mənə axtarışda olduğumu dedilər. Polis mənimlə danışıq
aparıb. İndi də izlənirəm”, - deyə o, müsahibəsində demişdi.
N. Əlixanov Suriyada olduğunu təkzib etsə də, anasının o və qardaşı
haqda hüquq-mühafizə orqanlarına məlumat verdiyi deyilir. Buna
səbəbsə hər iki qardaşın evdən gedərkən anasına heç bir məlumat
verməməsi olub. N. Əlixanovun qardaşı Sərxan Əlixanovun da Suriyada
olduğu deyilir. Lakin N. Əlixanov bunu təkzib edib, qardaşının
harada olduğunu bilmədiyini açıqlayıb.
Asif Nərimanlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ