Fransa prezidentinin Azərbaycana səfəri planlaşdırlır
Bizi izləyin

Nida.az

Fransa prezidentinin Azərbaycana səfəri planlaşdırlır

Səfər zamanı Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın da diqqət mərkəzində olacağı gözlənilir.

“Turan” informasiya agentliyi özünün diplomatik mənbələrinə istinadla xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana və Ermənistana səfəri bu ilin mayına nəzərdə tutulur. Bakıda əsas müzakirə mövzularından biri də Fransa şirkətlərinin Azərbaycan bazarına daxil olmasıdır: “Burada söhbət xüsusilə Fransa biznesinin nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, telekommunikasiya, kosmik proqramlar, habelə energetika sahəsində iştirakından gedir” – deyə agentliyin xəbərində deyilir.

Səfər zamanı Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın da diqqət mərkəzində olacağı gözlənilir.Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabrında Vilnüsdə səfərdə olarkən Fransa prezidenti ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, görüşdə siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində iki ölkə arasındakı əməkdaşlıq və bunun gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Fransa ABŞ və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bakıda müstəqil ekspertlər tez-tez Fransanın ermənipərəst mövqeyindən şikayətlənirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm